374
Dünya 9 oktyabr — 00:20

Ekvadorda etiraz aksiyası: 570 nəfər saxlanıldı

Ekvadorda etiraz aksiyaları zamanı 570 nəfər saxlanılıb.

Virtualaz.org xəbər verir ki, bu barədə ölkə prezidentinin köməkçisi Xuan Sebastyan Roldan məlumat verib.

“Yollarda hərəkətin bağlamasına, şəxsi və dövlət mülkiyyətini yararsız hala gətirdiyinə və ya digər insanlara zor tətbiq etdiyinə görə 570 nəfər saxlanılıb”, - deyə S. Roldan Tvitter hesabında yazıb.

“Məhkəmə və prokurorluq cinayətkarlıq dalğasını saxlamaq üçün tədbirlər görməlidir”, - prezident köməkçisi əlavə edib.

Qeyd edilir ki, oktyabrın 1-də Ekvador prezidenti Lenin Moreno ölkədə bir sıra iqtisadi islahatlar keçirib. Bu da öz növbəsində əhalinin narazılığına səbəb olub.

Virtualaz.org

Xəbərlər