486
Dünya 29 sentyabr — 20:46

Fransa Jak Şirakla vidalaşır

Parisdəki Əlillər Sarayında (Les İnvalides) mərhum Prezident Jak Şirakla vida mərasimi başlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, fransızların vida mərasiminə axını nəzərə alınaraq, Əlillər Sarayı sentyabrın 30-u səhər saat 6-dək ictimaiyyətə açıq olacaq. Prezidentin ailəsi vida mərasiminə gələnlərə mərhum haqda hazırladığı kiçik kitabçaları hədiyyə edir.

Vida mərasiminə 30-dək ölkənin dövlət və hökumət başçısı qatılacaq. Sentyabrın 30-da səhər saat 9:30-da Əlillər Sarayı qarşısında hərbi vida mərasimindən sonra mərhum Prezidentin tabutu Sən-Sülpis kilsəsinə aparılacaq. Orada sabiq Prezidentin ailə üzvləri və yaxınları mərhumla vidalaşacaqlar.

Yeri gəlmişkən, son sosial sorğunun nəticələrinə görə, Jak Şirak V Respublikanın ən yaxşı Prezidenti olub. Onun fransızlara daha yaxın olduğu qeyd edilib.

Xəbərlər