602
Dünya 28 sentyabr — 19:44

“Quran oxuyan qız” əsəri 44 milyona satılıb

Türkiyəli rəssam Osman Hamdi Beyin 1880-ci ildə hazırladığı “Quran oxuyan qız” əsəri rekord qiymətə satılıb.

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, əsər 44 milyon türk lirəsinə (təxminən 13,2 milyon AZN) satılıb.

Əsər Türkiyənin ən bahalı rəsm əsəridir. Tanınmış rəssamın bundan əvvəl “Tısbağa tərbiyəçisi” 5 milyon türk lirəsinə (təxminən 1,5 milyon AZN), “Yaşıl məscidinin qabağı” əsəri isə 13,5 milyon türk lirəsinə (təxminən 4 milyon AZN) satılıb.

Bildirilir ki, budəfəki əsər Londonun Bohams muzeyində hərraca çıxarılıb.

Virtualaz.org

Xəbərlər