367
Dünya 20 sentyabr — 17:05

Yerevanda Corc Sorosa abidə qoyuldu

Yerevanda "Veto" anti-Soros təşəbbüsünün fəalları Açıq Cəmiyyət Fondu-Ermənistan təşkilatının (Soros Vəqfi) həyətində Corc Sorosa abidə qoyublar.

Virtualaz.org bildirir ki, bu barədə “rusarminfo” xəbər yayıb.

Corc Soros əlində dollarla dolu kisə təsvir edilib. “Veto” təşkilatının lideri Narek Malyanın sözlərinə görə, Soros bu kisədən erməni fəallara qrant paylayır.

“Bunlar amerikalı milyarder tərəfindən dövlətimizi və dövlətçiliyimizi məhv etmək üçün maliyyələşdirilən insanlardır. Onlar müəyyən dərəcədə buna nail olublar", - deyə Malyan abidənin açılış mərasimində vurğulayıb.

Virtualaz.org

Xəbərlər