124
Dünya 18 sentyabr — 17:33

Dağıstanda terrora hazırlaşan İŞİD-çi tutuldu

Dağıstanda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları terrora hazırlaşan İŞİD-çini saxlayıblar.

RİA Novosti xəbər verir ki, ələ keçirilən şəxs 2007-ci il təvəllüdlü Rusiya vətəndaşıdır. O, Dağıstanın Tarumovski rayonu ərazisindəki meşəlik ərazidə aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, İŞİD qruplaşmasının üzvü ölkənin hüquq-mühafizə və hakimiyyət orqanlarının əməkdaşlarına qarşı terror hücumu planlaşdırıb.

Xəbərlər