267
Dünya 18 sentyabr — 00:04

Türk Hava Yollarına məxsus yük təyyarəsi təcili eniş etdi

Türk Hava Yollarının “Turkish Cargo” şirkətinə məxsus “Airbus A330-200F” tipli yük təyyarəsi təcili eniş edib.

AzərTAc xəbər verir ki, İstanbul Hava Limanından səmaya qalxan təyyarə bir neçə dəqiqə sonra eniş üçün geri dönüb.

Təyyarə yanacaq çənlərini boşaltmaq üçün təxminən 3 saat İstanbul səmasında dövrə vurub. Əvvəlcə Bursaya enmək qərarı verilsə də son məqamda təyyarə Atatürk Hava Limanına enib. Bildirilir ki, qəza enişinə səbəb təyyarənin quş sürüsünə çırpılması olub.

Xəbərlər