345
Dünya 16 sentyabr — 23:40

Transxəzər kabel xətti: Azərbaycanla Qazaxıstan arasında

Xəzərin dibi ilə Qazaxıstandan Azərbaycana fiber-optik xəttinin çəkilməsi layihəsi üzərində iş 2021-ci ildə başa çatacaq.

Virtualaz.org bildirir ki, bunu Qazaxıstanın baş naziri Əskər Mamin açıqlayıb.

Baş nazir rabitə sahəsi üzrə Regional Birliyin (RCC) nümayəndələri ilə görüşdə irimiqyaslı layihələrdən danışıb. O bildirib ki, Qazaxıstanda Rusiya, Çin və Orta Asiya istiqamətlərinə telekommunikasiya trafikininin təmin edilməsi üçün nəqliyyat infrastrukturunun yaradılması planlaşdırılır.

"Bu gün biz Xəzər dənizinin dibi ilə Azərbaycanla birgə fiber-optik rabitə xətlərinin çəkilməsi üçün hazırlıq işləri aparırıq və işləri 2021-ci ilin sonunda başa çatdıracağıq" ,- deyə baş nazir əlavə edib.

Ə. Maminin sözlərinə görə, Qazaxıstan 5G rabitə texnologiyalarının tətbiqinə, geniş zolaqlı internetə çıxışın genişləndirilməsinə, eləcə də məlumatlandırma və rəqəmsallaşdırma ilə bağlı digər layihələrə böyük diqqət yetirir.

Virtualaz.org

Xəbərlər