637
Dünya 16 sentyabr — 23:10

İxtisara düşəcəyini eşitdi, iclasa kloun gətirdi

Yeni Zelandiyadan olan kopirayter Josh Thompson çalışdığı şirkətdə ixtisara düşəcəyi xəbəri eşidən zaman maraqlı addım atıb.

Virtualaz.org bildirir ki, adı açıqlanmayan şirkətə rəhbərlik edən şəxs onu iş fəaliyyətini müzakirə etmək üçün iclasa dəvət edib. O, isə iclasa özü ilə "Joe" adlı kloun gətirməyə qərar verib.

Bildirilir ki, şirkətin insan resursları departamenti toplantıda gərginliyi azaltmaq üçün ona özü ilə "dəstək verən insan" gətirməyi məsləhət verib. Əlavə vaxtlarında komediyaçı kimi də işləyən Josh iclasa "Joe" adlı klounu dəvət edib. Sonda isə ona xidmətlərinə görə təxminən 125 dollar pul ödəyib.

Josh BBC-ə açıqlamasında bildirib ki, şirkət rəhbərliyindən gördüyü işi müzakirə etməyə dair email alanda barmağını dişləyib: "Ürəyimə damdı ki, ixtisara düşəcəyəm. Ona görə də əylənmək qərarına gəldim".

"Joe" iclas zamanı şardan heyvan fiqurları hazırlayıb, hətta bir neçə dəfə müxtəlif səslər də çıxarıb. Lakin bununla bağlı ona sakit dayanmağı tapşırıblar. Sonda Josh işini itirməsi ilə bağlı qərarı eşidən zaman, kloun da xəbərə reaksiya verib.

"Mənə pis xəbəri çatdırdıqları zaman, o da başını yellədi. Sanki pis xəbəri o alır. Həqiqətən də peşəkarlıq belə olar",- deyə Josh əlavə edib.

Qeyd edilir ki, bu seçim Yeni Zelandiyada qanunla tələb olunur.

Virtualaz.org

Xəbərlər