209
Dünya 16 sentyabr — 17:53

İran Fars körfəzində daha bir neft tankerini saxladı

İran İnqilab Keşikçiləri Qvardiyası Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus yanacaq tankerini saxlayıb.

Virtualaz.org bildirir ki, məlumatı İranın İSNA agentliyi yayıb.

Bildirilir ki, İran BƏƏ tankerini 250 min litr qaçaq neft daşımaqda ittiham edərək saxlayıb.

Gəmidə olan 11 nəfərin həbs olunduğu bildirilir.

Xatırladaq ki, bu, iyulun əvvəlindən İranın tanker ələ keçirməsi ilə bağlı üçüncü haldır.

Belə ki, iyulun 18-də Hörmüz Boğazında İngiltərə bayrağı altında üzən Stena Impero tankeri ələ keçirilmişdi. Bu, neft yükü ilə Suriyaya gedən İran tankerinin Cəbəllütariqdə saxlanmasına cavab idi.

Avqustda isə İran İnqilab Keşikçiləri Qvardiyası Dəniz qüvvələrinin komandanı, kontr-admiral Əlireza Tangsiri İran dənizçilərinin Fars körfəzindəki hər hansı gəmini - Amerika və İngilis gəmiləri tərəfindən qorunsa belə, ələ keçirə biləcəyini bəyan etdi.

Ondan sonra, sentyabrın 7-də Fars körfəzində İran daha bir xarici gəmini saxladı. Saxlanılan gəminin üzvləri Filippin vətəndaşları idi. 12 üzvü olan gəmidən 283 900 litr qaçaq yanacaq müsadirə olunmuşdu.

Virtualaz.org

Xəbərlər