189
Dünya 16 sentyabr — 16:38

Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini işdən çıxardı

Ermənistanın baş naziri Nikol Paşinyan Artur Vanetsyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən uzaqlaşdırılması barədə vəsatəti imzalayıb.

Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, N.Paşinyan bunu Vanadzorda keçirdiyi mətbuat konfransında bəyan edib.

“Müvafiq sərəncam bir-iki gün ərzində imzalanacaq. Bu, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri ilə bir neçə müzakirə və qarşılıqlı razılıq nəticəsində baş verdi. Düşünürəm ki, cənab Vanetsyan bütün diqqətini Ermənistan milli futbol komandasını Avropa çempionatına çıxarmaq üzərində cəmləyəcək",-deyə “Sputnik Ermənistan” hökumət başçısısının sözlərini sitat gətirib.

A. Vanetsyanın işindən narazı olub-olmadığını soruşduqda, Paşinyan belə cavab verib: "MTX rəhbərinin işi açıq şəkildə müzakirə edilə biləcək məsələ deyil".

Artur Vanetsyan Paşinyanın ən yaxın silahdaşlarından sayılır. Bu mənada, istefanın əsl səbəbləri barədə danışmaq hələ tezdir.

Virtualaz.org

Xəbərlər