67
Dünya 12 sentyabr — 13:52

Türkiyəni qanunsuz yollarla tərk etmək istəyən daha 76 nəfər saxlanıldı

Türkiyənin Balıkesir vilayətinin Gömeç rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 76 nəfər saxlanılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyənin sahil mühafizəsi xidmətinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin rezin qayıqlarla Yunanıstanın Midilli adasına getmək istədikləri məlum olub.

Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Onlardan 42-si Əfqanıstan, 33-ü Pakistan, biri isə Özbəkistan vətəndaşıdır.

Xəbərlər