146
Dünya 11 sentyabr — 23:08

Fransa polisi etiraz aksiyasına başlaya bilər

Fransada polis işçilərinin həmkarlar ittifaqları təşkilatları polis əməkdaşlarını oktyabrın 2-də “milli qəzəb yürüşü”nə çıxmağa çağırıb.

Həmkarlar təşkilatları bu çağırışla mövcud böhranla əlaqədar hakimiyyətə xəbərdarlıq etmək, polislərin həyat və iş şəraitinin dözülməz olduğunu xatırlatmaq istədiklərini bildiriblər.

Sosial şəbəkələrdə 20-yə qədər həmkarlar təşkilatı cari ilin əvvəlindən intihar etmiş 48 polis əməkdaşının fotoşəkillərini nümayiş etdirərək iş şəraitinin təkmilləşdirilməsini tələb edib. Polislərin həddən artıq istismar olunduqları, onların müdafiəsinin təmin edilmədiyi, əməklərinin lazımınca qiymətləndirilmədiyi bildirilərək, sözdən əmələ keçmək üçün bütün polis əməkdaşlarının oktyabrın 2-də birgə hərəkət etmələri barədə çağırışlar səsləndirilir.

AzərTAc xatırladır ki, Fransada polis əməkdaşlarının sonuncu etiraz yürüşü 15 il əvvəl olub.

Xəbərlər