104
Dünya 11 sentyabr — 09:58

ABŞ-ın Kabildəki səfirliyi yaxınlığında partlayış

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında güclü partlayış baş verib.

"The Washington Post" xəbər verir ki, partlayışdan sonra yaxınlıqdakı rayonlarda siqnalizasiya səsi eşidilib.

ABŞ səfirliyinin əməkdaşlarının məlumatına görə, ərazidə raket partlayışı olub. Şahidlər Kabilin mərkəzi üzərində tüstü müşahidə ediblər.

Hadisədə “Taliban” hərəkatını şübhəli bilirlər.

Məlumata əsasən, hələki ölənlər və yaralananlar barədə xəbər yoxdur, lakin qurbanlar ola bilər.

Virtualaz.org xatırladır ki, bu gün "Əl-Qaidə" terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirdiyi silsilə terror aktlarından 18 il ötür.

Xəbərlər