222
Dünya 11 sentyabr — 00:18

17 min sərnişin aeroportda qaldı

Yaponiyada tüğyan etmiş "Faksay" qasırğası ilə əlaqədar 17 min sərnişin Narita hava limanında qalıb.

Virtualaz.org xarici mətbuata istinadən bildirir ki, təbiət hadisəsi ilə bağlı avtobus və qatarların hərəkəti dayanıb.

Bildirilir ki, hava limanında qalan sərnişinlərə yataq çantaları, su və qida verilib.

Qeyd edilir ki, hökumət xəstəxana və sığınacaqlarda enerjinin fasiləsiz verilməsi üçün 200-dən çox generator quraşdırmağı planlaşdırır.

Xəbərlər