333
Dünya 29 avqust — 13:43

Pakistan “Qəznəvi” ballistik raketinin sınağını keçirdi

Pakistan Silahlı Qüvvələri “Qəznəvi” ballistik raketinin sınağını keçirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Silahlı Qüvvələrin Baş Qərargahının yaydığı rəsmi məlumatda raketin sınaq buraxılışının avqustun 28-dən 29-na keçən gecə həyata keçirildiyi bildirilir.

Qeyd olunur ki, “Qəznəvi” döyüş başlıqlarını 290 kilometr məsafədəki hədəfə çatdırmağa qadirdir.

Pakistanın Baş Naziri İmran Xan raketin uğurlu sınağına görə hərbçilərə təşəkkürünü bildirib və pakistanlıları təbrik edib.

Xəbərlər