738
Dünya 26 avqust — 00:54

Qarğıdalı sahəsinə məcburi enən A321 təyyarəsini belə söküb apardılar

Şənbə günü mütəxəssislər Moskva vilayətindəki bir qarğıdalı sahəsinə qəza riskinə görə təcili eniş etmiş Ural Hava Yollarının Airbus A321 təyyarəsinin son hissələri sökülərək aparılıb. Ən sonuncu olaraq sahədən təyyarənin kabinə hissəsi aparılıb.


Aviaşirkət təyyarənin bərpa edilə bilməyəcəyinə qərar verib. Təyyarənin əvvəlcə yanacağı boşaldılıb, sonra mühərriklər və təyyarənin içəri hissəsi demontaj olunub: oturacaqlar, baqaj rəfləri, illüminatorlar, tualet kabinləri sökülüb.


Sonra xüsusi texnika vasitəsiylə təkrar emal məqsədi üçün təyyarə hissələrə bölünüb. İstintaq davam etdiyinə görə təyyarənin bütün parçaları hələlik anbarda saxlanacaq.


Aviaşirkətin texniki mütəxəssisi bundan əvvəl jurnalistlərə açıqlamasında qeyd etmişdi ki, təyyarənin hissələrini muzey eksponatı və ya suvenir kimi istifadə edilməsi nəzərdə tutulmur.


Təyyarənin iri fraqmentləri ağır texnika vasitəsiylə 100 metr məsafədəki magistral yola daşınaraq yük maşınlarına yerləşdirilib.


Bütün işlər Ural Hava Yolları nümayəndələrinin və təhlükəsizlik, xilasetmə və tibbi yardım strukturları işçilərinin nəzarəti altında aparılıb.


Həftənin sonu üçün təyyarənin iri fraqmentlərindən sahədə qalan yalnız kabinə hissəsi idi.

Qarğıdalı sahəsinin laynerin hissələrindən tamamilə təmizlənməsi bazar ertəsi başa çatdırılmalıdır.


Moskvadan Simferopola uçan Rusiyanın Ural Hava Yollarına məxsus Airbus A321 təyyarəsi avqustun 15-də təcili sürətdə qarğıdalı sahəsinə eniş edib.

Jukovski hava limanından ayrıldıqdan sonra təyyarənin hər iki mühərrikinə quş düşüb, nəticədə hər iki mühərrik dayanıb. Təyyarənin uçuş heyəti gəmini təcili sürətdə yaxınlıqdakı qarğıdalı sahəsinə endirib, bundan sonra bütün sərnişinlər təyyarədən evakuasiya olunub.

224 sərnişin və yeddi ekipaj üzvünün hamısı sağ qalıb. Hadisənin ertəsi günü təyyarənin pilotları Dəmir Yusupov və Georgi Murzin Rusiya Qəhrəmanı fəxri adına layiq görülüblər.

Xəbərlər