174
Dünya 25 avqust — 19:47

Türkiyə təhlükəsizlik qüvvələri daha 24 terrorçunu məhv etdi

Türkiyə təhlükəsizlik qüvvələri ölkə daxilində və dövlət sərhədlərindən kənarda PKK-ya qarşı uğurlu antiterror əməliyyatı keçirib.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin saytı xəbər yayıb.

Bildirilir ki, ölkə daxilində 11, sərhədlərdən kənarda isə 13 terrorçu məhv edilib.

Hakkarinin Çukurca bölgəsində PKK terrorçularının əvvəlcədən yola basdırdığı partlayıcının işə düşməsi nəticəsində bir əsgər şəhid olub.

Xəbərlər