231
Dünya 25 avqust — 17:04

İraqda 3 Türkiyə hərbçisi həlak oldu

Türkiyə Ordusu İraqda keçirilən “Pəncə-3” əməliyyatında şəhid verib.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında PKK terrorçuları ilə atışma nəticəsində 3 əsgər şəhid olub, 7 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Terrorçulara qarşı əməliyyatlar davam edir.

Xəbərlər