254
Dünya 25 avqust — 14:46

Şimali Koreya nəhəng raket qurğusunun sınağını keçirdi

Şimali Koreya bir neçə raketi buraxmağa qadir olan nəhəng qurğusunu sınaqdan keçirib.

Virtualaz.org bildirir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, sınaq buraxılışına KXDR rəhbəri Kim Çen In şəxsən özü rəhbərlik edib. Test sistemin bütün taktiki və texnoloji xarakteristikasının verilmiş meyarlara çatdığını göstərib.

Şimali Koreya lideri ölkə alimlərini uğurlu fəaliyyətləri münasibəti ilə təbrik edib və düşmən qüvvələr tərəfindən təhlükələrin qarşısının qətiyyətlə alınması üçün hərbi sənaye sahəsində fəaliyyətlərini davam etdirməyə çağırıb.

Xatırladaq ki, dünən Şimali Koreya Yapon dənizi istiqamətində yaxın mənzilli ballistik raket olduğu ehtimal edilən iki buraxılış həyata keçirib. Raketlər 380 kilometr məsafə qət edib, uçuş hündürlüyü isə maksimal nöqtədə 97 kilometrə çatıb.

Xəbərlər