126
Dünya 25 avqust — 13:24

Türkiyə aviasiyası İraqda PKK-nın mövqelərini vurdu

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Məlumata əsasən, hava zərbələri nəticəsində 9 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Trend xatırladır ki, mayın 27-də Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda “Pəncə-3” adı alan irimiqyaslı əməliyyata başlayıb.

Xəbərlər