336
Dünya 23 avqust — 19:40

Sarkisyan Köçəryanın əmrini ləğv etdi

Ermənistan Prezidenti Armen Sərkisyan keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın hərbi rütbəsinin əlindən alınması ilə bağlı əmri ləğv edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumat Ermənistan prezidentinin rəsmi saytında yer alıb.

Qeyd edək ki, Arutyunyan 1999-2000-ci ildə Ermənistanın müdafiə naziri olub. Ermənistan parlamentindəki teraktdan sonra onun o vaxtkı prezident Robert Köçəryanla münasibətləri pisləşib. Müdafiə naziri vəzifəsindən istefa verən Arutyunyan qərbyönlü Respublika Partiyasına qoşulub. Daha sonra Köçəryan onun general-leytenant rütbəsinin əlindən alınması ilə bağlı əmr imzalayıb.

Xəbərlər