226
Dünya 23 avqust — 13:18

Zelenskinin valideynlərinin evində bomba həyəcanı

Hüquq-mühafizə orqanlarına Ukrayna Prezidenti Vladimir Zelenskinin valideynlərinin evinə bomba qoyulduğu barədə məlumat daxil olub.

Virtualaz.org bildirir ki, bu barədə Krivoj Roq Polis İdarəsinin mətbuat xidmətinə istinadən “Pervıy qorodskoy” nəşri məlumat yayıb.

Bundan başqa, məlumatda daha bir neçə binaya da bomba quraşdırıldığı qeyd olunur.

Naməlum şəxs bildirib ki, istirahət günlərində, avqustun 24-25-də Ukrayna liderinin valideynlərinin evini partladacaq.

Qeyd edək ki, asayiş keşikçiləri Prezidentin valideynlərinin evində iyul ayında Krivoy Roq-a rəsmi səfəri günü də partlayıcı maddələr axtarmışdılar.

Yeri gəlmişkən, 2012-ci ildən Ukraynada minalama haqda yalan məlumatlar üçün məsuliyyəti sərtləşdirilib. Hazırda bu maddənin sanksiyası altı, təkrar cinayət halında isə səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Xəbərlər