414
Dünya 23 avqust — 11:54

ABŞ Türkiyəni “Patriot”suz qoydu

ABŞ Türkiyəyə “Patriot” raket əleyhinə komplekslərinin satışı haqda təklifini geri götürüb.

Məlumatı CNN televiziyası ABŞ Dövlət Departamentindəki mənbəsinə istinadən yayıb.

“Biz davamlı şəkildə Türkiyəyə deyirdik ki, əgər S-400-ləri alsanız, “Patriot”u satmaq barədə son təklifimizi geri çəkəcəyik. Bizim “Patriot”la bağlı təklifimizin müddəti artıq bitib”, - o bildirib.

Virtualaz.org xatırladır ki, iyulun 16-da Ankara F-35 qırıcı proqramından çıxarılıb. Amerika lideri Donald Trump elə o vaxt bəyan etmişdi ki, ölkəsi, Rusiya S-400-lərini almağa razılıq verdiyi üçün, Türkiyəyə təyyarə satmayacaq.

Xəbərlər