770
Dünya 22 avqust — 10:24

Prezidentlərin bərbəri

Vaşinqton şəhərində 50 ildən çoxdur bərbərlik edən şəxs artıq əfsanəyə çevrilib. Onu belə populyar edən səbəblərdən ən birincisi onun Birləşmiş Ştatlar prezidentləri və dünya liderlərinin saçlarını kəsməsi olub.

Prezidentlər Donald Tramp, Barak Obama, Corc Buş, Bill Klinton və dünyanın bir çox siyasətçisi Deyeqo D`Ambrosionun müştərisi olub. Sisiliyada anadan olan bərbər 1968-ci ildən bəri Vaşinqtonda ölkə rəhbərləri də daxil olmaqla, 46-dan çox yüksək dövlət başçısının saçını kəsib.

Diyeqo belə yüksək səviyyəli şəxsiyyətlərin saçlarını kəsməyin şərəf olduğunu desə də, hər bir müştərinin vacib olduğunu deyir. “Hamı eynidir. Buraya gələn hər bir insan üçün eyni xidməti göstəririk.”

2010-cu ildə Vaşinqton şəhərinin meri bu ustanın bərbərxanasının yerləşdiyi küçəyə onun adını verib. Əvvəllər bu küçənin adı Q Street idi, indi isə “Dieqo D`Ambresio Way”dır.

Müştərilər yalnız onun işinə deyil, həm də yerli icmadakı fəaliyyətinə qiymət verir. “Mən buraya 40 ilə yaxındır ki, gəlirəm. Yəni ailə kimiyik. Buradakı hər insan ailə üzvü kimidir. Şübhəsiz, saç düzümüm də əla olur və mən həmişə yaxşı görünürəm” - deyə, müştərilərdən biri bildirir.

On illərdir bərbər işləməsinə və səhhətində bəzi problemlər olmasına baxmayaraq, Diyeqonun hələ işdən çıxmaq niyyəti yoxdur. “Mən çox ciddi deyirəm. İşimi sevirəm, insanları sevirəm, insanları görməyi, onlara xidmət göstərməyi sevirəm. Bunun xeyri var, çünki onlar pul verir.”

Bu bərbərxanada Diyeqonun yaşını bilən yoxdur. Hətta onunla uzun illərdir işləyən insanlar belə onun nə vaxt təqaüdə çıxacağını bilmir. “O, yaşını bildirməyən insanlardandır. Fikrimcə, o həmişə eyni görünür” deyir, Diyeqonun köməkçisi.

Bəs Diyeqonun sirri nədədir ? “Heç vaxt qoca və xəstə olduğunu düşünmə. Mən heç vaxt qoca olduğumu düşünmürəm.”

Söz ehtiyatında “Bərbərxana bağlandı” olmadığını deyən Diyeqo biznesinin qapılarını həmişə açıq saxlamağı düşünür.

Xəbərlər