331
Dünya 21 avqust — 20:51

Çin Britaniya konsulluğunun əməkdaşını həbs etdi

Çinin Şençjen şəhərində Britaniya konsulluğunun əməkdaşı həbs edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan deyib.

O, qeyd edib ki, konsulluq əməkdaşı Çinin ümumi təhlükəsizliklə bağlı inzibati normalarını pozduğu üçün saxlanılıb və 15 sutkalıq həbsə məhkum edilib.

Qen Şuan saxlanılan şəxsin Britaniya yox, Honkonq vətəndaşı olduğunu da vurğulayıb.

Xəbərlər