218
Dünya 19 avqust — 11:05

Paris restoranında müştəri ofisiantı bir sendviç üstündə güllələyib

Fransada restoranlardan birində müştəri ofisiantı sendviçə görə güllələyib. Yerli mətbuatın yazdığına görə, sendviçinin kifayət qədər tez hazırlanmaması həmin müştərini qəzəbləndiribmiş. Hadisə cümə günü axşam saatlarında Parisin şərqində yerləşən ətraf rayonlardan birində baş verib. Hadisəni törədən şübhəli şəxs hadisə yerindən qaçıb və hələ də saxlanılmayıb.

Təcili tibbi yardım həkimləri çiynindən yaralanmış 28 yaşlı ofisiantın həyatını xilas etməyə səy göstərsələr də o, hadisə yerində keçinib. Onun həmkarları polisə bildiriblər ki, Mistral adlı pitsa və sendviç restoranında müştəri sifarişini uzun müddət gözlədiyinə görə hövsələdən çıxıbmış.

Baş vermiş faciəli hadisə yerli sakinləri və restoran işçilərini dəhşətə gətirib. "Bu, sakit bir restoran idi, heç zaman burada belə bir hadisə baş verməmişdi", - sakinlərdən biri jurnalistlərə bildirib.

Bununla yanaşı, sakinlər ərazidə cinayət hadisələrinin, narkotik alverin və spirtli içkilərin istehlakının artdığını da qeyd edirlər. (BBC)

Xəbərlər