378
Dünya 19 avqust — 01:14

Honkonq etirazı 1.7 milyon insan topladı

Honkonqdakı aksiyada 1.7 milyondan çox insan iştirak edib.

Virtualaz.org bildirir ki, bu barədə aksiya təşkilatçılarına istinadən Associated Press məlumat yayıb.

Təşkilatçı Jimmi Şam-ın sözlərinə görə, saya bilmədikləri böyük bir izdiham Mərkəzi bölgəyə toplanıb.

"Ancaq əminəm ki, iştirakçıların ümumi sayı 1.7 milyon nəfərdən çoxdur", - deyə Şam bildirib.

Qeyd olunur ki, etirazçılar polis işçilərinin ünvanına təhqirlər söyləyib, gözlərinə lazer şüaları salıb və çətirləri ilə dəmir məhəccərləri döyəcləyiblər.

Virtualaz.org

Xəbərlər