209
Dünya 18 avqust — 20:47

Gürcüstanda baş nazir də qadın ola bilər

Yaxın gələcəkdə Gürcüstan hökumətində kadr dəyişikliklərinin həyata keçirilməsi planlaşdırılır.

Bu barədə “Front News International” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili Baş nazir, hazırda Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini olan Aleko Tabatadze isə Daxili İşlər naziri olacaq .

Milli Təhlükəsizlik naziri postu isə hazırda Daxili İşlər naziri olan Georgi Qaxariyaya tapşırılacaq.

Dəyişikliklərlə bağlı qərar hakim partiyanın bir neçə saat əvvəl keçirdiyi qapalı iclasda qəbul olunub.

“Report” xatırladır ki, Mamuka Baxtadze 2018-ci ilin iyunundan Baş nazir vəzifəsini icra edir. O, bu vəzifədə Georgi Kvirikaşvilini əvəz edib. Georgi Qaxariya isə 2017-ci ilin noyabrında Daxili İşlər naziri vəzifəsinə təyin olunub.

Onu da qeyd edək ki, Gürcüstanın Prezidenti də qadındır.

Xəbərlər