572
Dünya 15 avqust — 11:16

Gürcüstanda itkin düşən belaruslu turistlərdən ikisinin meyiti tapıldı

Gürcüstanın Svaneti bölgəsində Tetnuldi dağında dünən axşam saatlarında itkin düşən Belarusdan olan 3 qadın turistin axtarışları bu gün səhərdən bərpa olunub.

“Report” xəbər verir ki, axtarış-xilasetmə əməliyyatlarına Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin helikopteri cəlb olunub.

Artıq itkin düşən 3 nəfər Belarus vətəndaşı tapılıb. Turistlərdən 2-si ölüb, digəri isə xəsarətlər alıb.

Yaralı turistin vəziyyətinin ağır olduğu bildirilir.

*   *   *01:04

Gürcüstanın Svaneti bölgəsində Belarus vətəndaşı olan üç turist itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Hadisə Tetnuldi dağ-xizək kurortu ərazisində baş verib. Onların qadın olduqları bildirilir.

Belarus vətəndaşlarının axtarışları istiqamətində tədbirlər həyata keçirilir. Səhər saatlarından başlayaraq axtarış-xilasetmə əməliyyatlarına Sərhəd Polisinin helikopterinin cəlb olunacağı planlaşdırılır.

Xəbərlər