158
Dünya 14 avqust — 22:40

Əfqanıstan ordusu “Taliban”ın Loqardakı təlim mərkəzini məhv etdi

Əfqanıstan ordusu ölkənin şərqində yerləşən Loqar əyalətinin Bəraki Barak inzibati dairəsində hərbi əməliyyat keçirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Əfqanıstan ordusunun qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, avqustun 12-14- Bəraki Barak inzibati dairəsindəki Taqab rayonunda “Taliban” silahlılarının istehkamlarını məhv etmək üçün əlaqəli şəkildə aparılan hərbi əməliyyatlarda səkkiz silahlı öldürülüb və terrorçu kamikadzelərin hazırlandığı təlim mərkəzi yerlə-yeksan edilib. Zərərsizləşdirilmiş silahlıların arasında “Taliban” hərəkatının iki yerli komandiri – Molla Nakib və Xalid də olublar. Hərbi əməliyyat nəticəsində silahlıların böyük miqdarda silah-sursat olan anbarı da partladılıb.

“Taliban” hərəkatının yerli komandirləri ordu qərargahının məlumatını şərh etməyiblər.

Xəbərlər