267
Dünya 14 avqust — 18:57

Türkiyə Qətərdə ikinci hərbi baza yaradır

Türkiyə Fars körfəzi sahilində yerləşən Qətər əmirliyinin ərazisində ikinci hərbi bazasının tikintisini praktik olaraq başa çatdırıb.

Virtualaz.org  yerli KİV-ə istinadən bildirir ki, yeni bazanın açılışı bu ilin payızında olacaq. İlkin məlumata görə, hərbi obyektin açılış mərasimində Qətər və Türkiyə liderlərinin iştirakı gözlənilir.

Türkiyənin əmirlikdəki yeni bazası paytaxt Dohanın cənubunda, artıq mövcud olan “Tarek ben Ziyad” bazasının yanında yerləşəcək. 2015-ci ilin oktyabrından orada Türkiyə quru qoşunlarının və hərbi-hava qüvvələrinin bölmələri dislokasiya olunub. Bazadakı hərbi qulluqçularının sayının 3 minə yaxın olduğu bildirilir.

Qeyd olunur ki, yeni bazanın işə düşməsi ilə Qətərdəki türk hərbçilərinin sayı “əhəmiyyətli dərəcədə artacaq”.

Xəbərlər