234
Dünya 13 avqust — 21:41

Gürcüstanda müxalif televiziya iflic oldu

Gürcüstanın müxalif “Pirveli” televiziyasına kiberhücum olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumat televiziyanın yaydığı bəyanatda yer alıb.

Məlumata görə, hakerlərin hücumu nəticəsində televiziyanın mərkəzi serveri virusa “yoluxdurulub” və nəticədə kanalın fəaliyyəti tam iflic olub. Hücumla əlaqədar əksər verilişlərin yayımının dayandığı və televiziyada yalnız filmlərin yayımlandığı bildirilib.

Televiziya rəhbərliyi məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdiyini bəyan edib.

Qeyd edək ki, “Pirveli” Gürcüstanın müxalifyönlü televiziyasıdır. Bir müddət əvvəl televiziyanın sahibi Vaxtanq Çereteli Mamuka Xazaradzenin sahibi olduğu “TBC Bank” vasitəsilə çirkli pulların yuyulmasında iştirak etdiyinə görə dindirilib.

Çereteli həmçinin Xazaradzenin yaxın dostunun oğludur.

Xəbərlər