552
Dünya 13 avqust — 20:50

Atambayevi təslim olmağa razı salan məmur işdən çıxarıldı

Qırğızıstan Daxili İşlər nazirinin müavini Kursan Asanov vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, K.Asanovu bu vəzifədə DİN İstintaq Xidmətinin rəisi Pamir Asanov əvəzləyib. P. Asanov hər iki vəzifəni icra edəcək.

Kursan Asanovun hansı səbəbdən vəzifədən azad edilməsi barədə məlumat verilməyib. Xatırladaq ki, K. Aslanov bir müddət əvvəl Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevlə onun Xüsusi Xidmət Orqanları əməkdaşlarına təslim olması üçün danışıqlar aparıb və onu razı salıb.

Xəbərlər