547
Dünya 13 avqust — 14:37

İŞİD ABŞ ordusunun “ən yaxşı” xüsusi təyinatlısını öldürdü

İraqda ABŞ-ın Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusu öldürülüb.

“Marine Corps Times” xəbər verir ki, komendor-çavuş Skott Koppenhafer İŞİD terrorçularının açdığı atəş nəticəsində həlak olub.

Qeyd edilir ki, 35 yaşlı Kolorado əsilli hərbçi “Sarsılmaz qətiyyət” əməliyyatı çərçivəsində hərbi tapşırığı icra edərkən öldürülüb.

Xüsusi təyinatlıların elit dəstəsinə keçirilməsindən əvvəl Koppenhafer pulemyotçu və snayper kimi xidmət edib. Cəsurluq və hərbi nailiyyətlərinə görə o, iki dəfə “Bürünc ulduz” medalı ilə təltif olunub.

Koppenhafer 2018-ci ildə “dəniz piyadalarının ən yaxşı xüsusi təyinatlısı” seçilib.

Xəbərlər