103
Dünya 13 avqust — 00:01

Bağdadda silah anbarında partlayış: 13 nəfər xəsarət alıb

İraqın paytaxtı Bağdadda mərmi partlayışı zamanı 13 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Seyf əl-Bədr bildirib.

Qeyd edilir ki, hadisə silah-sursat anbarında baş verib. Yaralılardan 7-si "əl-Yarmuk" xəstəxanasına yerləşdirilib. Daha 6 nəfər isə "əl-Mahmudiyyə" xəstəxanasına çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir. Xəsarət alanlardan bəziləri artıq xəstəxanadan evə buraxılıb.

*   *   *22:52

İraqın Bağdad şəhərində güclü partlayış olub.

Bu barədə "Sky News Arabia" məlumat yayıb.

Məlumata əsasən, şəhərin cənub hissəsində silah və sursat anbarı partlayıb.

Hələlik maddi zərər və insan itkisi barədə məlumat verilməyib.

Xəbərlər