229
Dünya 20 iyul — 23:28

“British Airways” aviaşirkəti Qahirəyə uçuşları dayandırdı

Böyük Britaniyanın “British Airways” aviaşirkəti təhlükəsizlik məqsədilə Qahirəyə uçuşları bir həftə müddətinə təxirə salıb.

BBC-nin ərəb xidməti xəbər verir ki, bu qərar ehtiyat tədbiri xarakteri daşıyır və təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi ilə əlaqədardır.

Qeyd edilir ki, Qahirə Hava Limanının rəhbərliyi “British Airways” aviaşirkətinin uçuşları dayandırılması barədə xəbərdarlıq almayıb.

Hazırda məsələ aviaşirkətin Qahirədəki nümayəndəliyinin rəhbəri ilə aydınlaşdırılır.

Xəbərlər