151
Dünya 20 iyul — 23:09

İstanbulda əməliyyat: 217 cinayətkar saxlanıldı

İyulun 20-də İstanbulda keçirilən irimiqyaslı əməliyyat zamanı həbs cəzası qüvvəyə minmiş və axtarışda olan 217 cinayətkar saxlanılıb.

673 polis əməkdaşının cəlb olunduğu əməliyyat zamanı 561 ünvanda axtarış aparılıb.

Digər şübhəlilərin ələ keçirilməsi istiqamətində işlər davam etdirilir.

Xəbərlər