102
Dünya 20 iyul — 21:34

Əfqanıstanda “Taliban”ın 18 üzvü öldürüldü

Əfqanıstanın müxtəlif əyalətlərində gedən hərbi əməliyyatlarda “Taliban” hərəkatının ən azı 18 nəfər döyüşçüsü öldürülüb.

Koalisiya qüvvələri Qəzni və Paktiya vilayətlərində "Taliban" hərəkatının silahlılarına qarşı hava zərbələri endiriblər.

Məlumata görə, əməliyyat zamanı 18 silahlı öldürülüb və yaralanıb. Hərbi əməliyyatlar nəticəsində dörd əldəqayırma partlayıcı qurğu da zərərsizləşdirilib.

Hərbi əməliyyatlar paytaxt Kabildə, Gilmənd, Qunduz, Balx əyalətlərində də aparılıb.

Xəbərlər