385
Dünya 20 iyul — 00:44

İran Britaniyaya məxsus tankeri saxlayıb

İran Fars körfəzində Böyük Britaniyaya məxsus neft tankerini saxlayıb.

Virualaz.org yerli KİV-ə istinadən bildirir ki, "Steno İmpero" adlı neft tankerinin saxlanılması barədə xəbəri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da təsdiqləyib.

Tankerin saxlanılmasına səbəb kimi dənizçilik qaydalarına riayət edilməməsi göstərilib.

Tankerin İran sahillərinə gətirildiyi bildirilir..

"Röyters"in yaydığı digər məlumata əsasən, İngiltərə Müdafiə Nazirliyi tankerin saxlanılması barədə məlumat toplamağa çalışır. Britaniya hökumətinin fövqəladə komitəsi COBRA isə neft tankerinin saxlanılmasına həsr olunmuş təcili iclas keçirəcək.

Qeyd edək ki, İranın Böyük Britaniya bayrağı altında üzən neft tankerini saxladığı barədə məlumat iyulun 18-dən yayılmışdı.

Xəbərlər