136
Dünya 19 iyul — 21:20

Türkiyədə kütləvi zəhərlənmə

Türkiyənin Ərzincan şəhərinin Yeniməhəllə yaşayış massivində kütləvi zəhərlənmə baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əsgərin yola salınması mərasimində iştirak edən şəxslərdən 18-i uşaq olmaqla 38 nəfər xəstəxanalara yerləşdirilib.

Qida zəhərlənməsinin başvermə səbəbi barədə açıqlama verilməyib.

Xəbərlər