189
Dünya 18 iyul — 22:37

Türkiyədə gəmidə güclü yanğın baş verib

Türkiyədə Çanaqqala-Eceabad xətti ilə hərəkət edən gəmidə güclü yanğın baş verib.

Yerli mətbuat yazır ki, yanğın sərnişin və minik maşınları daşıyan “Karahasan-2” adlı gəminin mühərrik hissəsində baş verib. Hadisə limana yaxın baş verdiyi üçün göyərtədəki 98 sərnişini və heyət üzvlərini təxliyə etməkdə böyük çətinlik olmayıb.

Gəminin limana yaxın ərazidə saya oturduğu bildirilir.

Xəbərlər