355
Dünya 18 iyul — 20:26

Rusiya Su-35-i Türkiyə üçün ABŞ F-35-ni əvəz edə bilər

"Rostex" dövlət şirkəti Türkiyənin maraqlarına uyğun gələrsə, bu ölkəni "Su-35" qrıcıları ilə təchiz edə bilər"

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu şirkətin rəhbəri Sergey Çemezov deyib.

"Əgər bizim türkiyəli həmkarlarımızın belə bir istəyi olarsa, biz Su-35-in çatdırılması ilə bağlı hazırlıq görə bilərik",-Çemezov qeyd edib.

Qeyd edək ki, iyulun 17-də Ağ Evin verdiyi bəyanatda bildirilir ki, Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir: “F-35 kəşfiyyat məlumatlarının toplanması üzrə Rusiya platforması ilə birlikdə mövcud fəaliyyət göstərə bilməz".

Türkiyə XİN -i isə ABŞ-a müraciət edərək ölkəni F-35 proqramından çıxarma qərarından imtina etməyə çağırıb.

Xəbərlər