196
Dünya 18 iyul — 19:23

Konstitusiya Məhkəməsi Koçaryanın cinayət işi üzrə icraatı dayandırdı

Ermənistanın Konstitusiya Məhkəməsi (EKM) ölkənin sabiq prezidenti Robert Koçaryanın cinayət işi üzrə icraatı dayandırıb və onu məsləhətləşmə aparılması məqsədilə Avropa İnsan Haqları Məhkəməsinə və Venesiya Komissiyasına göndərib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, EKM-in mətbuat üçün yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, iyulun 18-də qəbul olunan məhkəmə qərarına əsasən, Konstitusiya Məhkəməsi sabiq prezidentin barəsində cinayət işi üzrə yekun qərarı hər iki beynəlxalq hüquq təşkilatının rəyindən sonra verəcək. Bu ərəfədə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Koçaryanın azadlığa buraxılması qərarını ləğv edib və sabiq dövlət başçısı yenidən həbsxanaya göndərilib. Ermənistanın hüquq-mühafizə orqanları isə birinci instansiya məhkəməsinin hakimini təqib etməyə başlayıblar.

Xatırladaq ki, R.Koçaryana qarşı 2008-ci ildə Ermənistanda Konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb.

Xəbərlər