269
Dünya 17 iyul — 13:04

Ermənistan yeni AES tikir?

Rəsmi Yerevan Ermənistanda yeni atom elektrik stansiyasının (AES) tikintisində Rusiyanın mümkün iştirakı ilə əlaqədar Moskva ilə danışıqlar aparır.

RİA Novosti xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib.

O bildirib ki, Ermənistan atom enerjisindən imtina etmək istəmir.

T.Avinyanın sözlərinə görə, Ermənistanda “Metsamor” AES bağlandıqdan sonra yenisinin tikintisi imkanları nəzərdən keçiriləcək: “Rusiyalı tərəfdaşlarla bu mövzunu müzakirə etməyə hazırıq. Artıq danışıqlar aparılır”.

Qeyd edək ki, “Metsamor” AES hazırda region üçün ciddi təhlükə mənbəyidir.

Xəbərlər