435
Dünya 16 iyul — 20:46

Qazaxıstan “Qazprom”la əməkdaşlığını dayandırdı

Qazaxıstanın “Arselor Mittal Temirtau” metallurgiya şirkəti “Qazpromneft”in yerli distribütoru olan “Nik Oil”lə əməkdaşlığını dayandırıb.

Məlumatı “Kommersant” nəşri yayıb.

Məlumata görə, əməkdaşlığın dayandırılmasına səbəb Ukrayna və Avropa Birliyinin sanksiyaları olub.

Şirkət “Qazpromneft”lə müqaviləsinin kompaniyanın baş direktoru, eləcə də Ukraynada “AMT Krivoy Roq”un rəhbəri olan Paramjit Kalonun reputasiyasına mənfi təsir göstərdiyini düşünür. “Qazpromneft” isə şirkəti təhdid edərək baş verənlərin anlaşılmazlıq olduğunu və tezliklə Rusiya-Qazaxıstan münasibətlərinə təsir edəcək bu situasiyanın həllinə nail olunacağını düşünür.

Xəbərlər