385
Dünya 12 iyul — 19:16

Moldova Saakaşvilidən kömək istəyir

Moldovanın baş naziri Mayya Sandu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini ölkədə islahatların keçirilməsinə cəlb etmək istəyir. Virtualaz.org xəbər verir ki, bu barədə o, “Сotidianul” nəşrinə müsahibəsində deyib.

Moldovalı siyasətçinin sözlərinə görə, hazırda Saakaşvilinin köməkçiləri ilə danışıqlar aparılır. Onun fikrincə, Gürcüstan eks-prezidentinin komandası “Moldovanın ədliyyə və prokurorluq sisteminin islahatlarının aparılması üçün ixtisaslı məsləhətlər” verəcək.

Gürcüstanlı siyasətçi Moldovaya Ukraynada parlament seçkiləri bitdikdən sonra gələ bilər. Saakaşvili öz partiyası ilə həmin seçkilərdə iştirak edir.

Lakin Sandu vurğulayıb ki, hazırda respublikanın büdcəsində Saakaşvilinin komandasının xidmətlərini ödəmək üçün kifayət qədər vəsait yoxdur. Nəzərdə tutulan planı xaricdən maliyyə yardımının gələcəyi təqdirdə gerçəkləşdirmək mümkün olacaq.

Xəbərlər