126
Dünya 12 iyul — 20:28

Litvanın yeni Prezidenti vəzifəsinin icrasına başladı

Litvanın yeni seçilmiş Prezidenti Gitanas Nauseda iyulun 12-də keçirilmiş andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayıb.

AzərTAc xəbər verir ki, səhər saatlarında keçirilən mərasimdə Litva Prezidenti ölkə Konstitusiyasına əl basaraq ölkəni vicdanlı və düzgün qərarlar ilə idarə edəcəyinə and içib.

Qeyd edək ki, 55 yaşlı Gitanas Nauseda mayda keçirilmiş prezident seçkilərində seçicilərin 66 faizinin səsini toplayaraq prezident seçilmişdi.

Xəbərlər