127
Dünya 12 iyul — 14:58

Türkiyənin turizm bölgəsində meşələr yanır

Türkiyənin cənub-qərbindəki Muğla vilayətində meşə yanğınları başlayıb.

Yerli mətbuatın yazdığına görə, yanğınla əlaqədar kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli Muğlanın Göçek rayonuna yola düşüb.

O bildirib ki, yanğının söndürülməsi ilə mübarizə aparılsa da, güclü külək işlərə maneə törədir.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Xəbərlər