142
Dünya 11 iyul — 21:42

Tbilisidə növbəti aksiya

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası önündə askiya bərpa olunub.

“Report” xəbər verir ki, sayca 22-ci olan aksiyanın tələbi yenə daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Bugünkü aksiyada tribuna vətəndaşlara veriləcək.

Parlamentin binası önündə bir neçə etirazçı aclıq aksiyasını 17 gündür davam etdirir. Onlar vəziyyətləri pisləşdiyindən aksiyanı dayandıra bilərlər.

Xəbərlər