539
Dünya 28 iyun — 20:26

“Milan” avrokuboklardan uzaqlaşdırıldı

İtaliyanın "Milan" klubu 2019/2020 mövsümündə avrokuboklarda çıxış etməyəcək.

Bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb. İtaliya təmsilçisi maliyyə "fair-play" qaydalarını pozduğu üçün sanksiyaya məruz qalıb.

Qeyd edək ki, Milan 2018/2019 mövsümündə A Seriyasını 5-ci sırada başa vurub və Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb. Daha öncə "Milan"ın turnirə qatılmaqdan imtina etdiyi bildirilib. UEFA ötən ilin sonlarında klubu avrokubokdakı gəlirlərdən məhrum edib.

Xəbərlər